Qəzzada gərgin vəziyyətə son qoyulması üçün İsrailə ilə razılaşma əldə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə HƏMAS-ın açıqlamasında deyilib.
“Qətər nümayəndəsi Məhəmməd Amadinin vasitəçiliyi ilə keçirilən görüşdə Qəzzadakı gərginliyin sona çatdırılması üçün İsrailə ilə razılaşma əldə edildi. Razılaşmaya əsasən, İsrailin Qəzzaya yönəlik hücumlarına son qoyulacaq”, - deyə bildirilib.