ABŞ-da orta məktəblərdə və universitetlərdə ənənəvi təhsilə qayıdış nəticəsində koronavirusa yoluxanların sayında ciddi artım olub.
Teleqraf.com xəbər verir ki, ən az 37 əyalətdəki lisey və universitetlərdə koronavirusa yoluxma aşkarlanıb.
Ümumilikdə 25 mindən çox tələbə və işçinin koronavirusa yoluxduğu deyilir.
Qeyd edək ki, bir müddətdir ABŞ əyalətlərindəki təhsil müəssisələri daxili qərarla dərsləri davam etdirir.