3 Sentyabr 2020 14:12
6 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çin İkinci Dünya Müharibəsinin nəticələrini Rusiya ilə birlikdə müdafiə etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin dövlət başçısı Si Szinpin dünya müharibənin bitməsinin 75-ci ildönümü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi təbrik teleqramında yazıb.

Szinpin Çinin İkinci Dünya Müharibəsindəki qələbənin nəticələrini müdafiə etmək üçün Rusiya ilə güclərini birləşdirməyə hazır olduğunu qeyd edib.

Bundan əvvəl Vladimir Putin İkinci Dünya Müharibəsi tarixini yenidən yazmağa razı olanları “müasir əməkdaşlar” adlandırıb. Rusiya liderinin fikrincə, İkinci Dünya müharibəsindən sonra bu gün də qüvvədə olan bir dünya düzəni yaradılıb: “Ancaq kiməsə elə gəlir ki, bu nizam dəyişdirilə bilər və edilməlidir. Bunun üçün tarixi yenidən yazmaq lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər