Şri-Lankanın qərb sahillərində Hindistan Neft Şirkətinə aid tankeri qəfil alov bürüyüb.
Teleqraf.com xəbər verir ki, 2 milyon barel neft daşıyan tanker 23 personalla üzürmüş.
Şri-Lanka tərəfi gəmidə baş verən yanğını söndürmək üçün xilasetmə tədbirləri həyata keçirib. Gəminin 23 əməkdaşından 22-si xilas edilib,biri isə həyatını itirib.
Şri-Lanka rəsmiləri bildiriblər ki, tankerdə neft sızmasının qarşısını almaq üçün lazım olan addımlar atılıb.