Slovakiyada koronavirus pandemiyası başlayandan bəri rekord sayda gündəlik yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 5-də ölkədə 226 nəfər yeni növ koronavirusa yoluxub.
Bu barədə məlumatı Milli Sağlamlıq İnformasiya Mərkəzi yayıb.
Bununla da ölkədə infeksiyaya yoluxma hallarının sayı 4526 nəfərə çatıb, onlardan 2797 nəfər sağalıb, 37 nəfər həyatını itirib.
Qeyd edək ki, Slovakiya Avropada pandemiyadan ən az əziyyət çəkən ölkələr sırasında yer alırdı, hətta may ayının sonlarında ölkədə gündəlik yoluxma hallarının sayı 0-5 arasında dəyişirdi. Yoluxmanın artması rəsmi qurumları ölkədəki epidemioloji vəziyyəti daha ciddi şəkildə nəzarətə götürməyə vadar edib.