6 Sentyabr 2020 00:05
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 56 nəfər yeni növ koronavirusdan həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 620 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 673 yeni yoluxma halı qeydə alınıb.

Fəxrəddin Qoca əlavə edib ki, ötən gün koronavirusdan 984 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 250 092 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com