7 Sentyabr 2020 18:25
1 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistan məhkəməsi jurnalist Camal Qaşıqçının qətlində ittiham olunan 5 nəfərin barəsində 20 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Teleqraf.com xəbər verir ki, daha 3 nəfər isə 7-10 il arasında azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2018-ci il oktyabrın 2-də jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər