ABŞ Dövlət Departamenti Honkonqdakı Şouson Hill küçəsində yerləşən malikanələrini satıb.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər satış dəyərinin 413 milyon dollardan başlamasını təxmin edirlər.
Mülkiyyət 2020-ci ilin mayından satışa çıxarılıb. Alıcının kim olduğu və obyektləri hansı qiymətə alındığı məlum deyil. Müqavilənin 2020-ci ilin sonuna kimi tamamlanması planlaşdırılır.
Dövlət Departamenti bu əmlakı 1940-cı illərin sonlarında satın alıb və 72 il sahibi olub. Obyektlərin satışına səbəb Çində milli təhlükəsizlik qanununun qəbul edilməsi ilə əlaqədar iki ölkə arasındakı gərginlik göstərilir.