Azad Suriya Ordusu Hələb şəhərinin Handarat bölgəsində Bəşər Əsəd qüvvələrinin 20 hərbçisini məhv edib.
Teleqraf.com-un məlumatına görə, xəbər verir ki, bu barədə Suriya İnqilab Komitəsindən məlumat verilib.
Komitənin verdiyi məlumata görə, müxalif qüvvələr hökumətin bölgədə yerləşən qərargah binasına hücum edib.
Həmçinin İslam Cəbhəsinə daxil olan silahlı qruplaşmalar Hələbin şimalında İŞİD-in nəzarətində olan Dabık kəndinə də tank və ağır çaplı silahlarla hücum edib. Ölən və yaralılar barədə dəqiq məlumat yoxdur.