17 Sentyabr 2020 20:46
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti İranın “Advanced Persistent Threat 39” kiber hücum qrupuna, “Rana İntelligence Computing Company” şirkətinə və 45 nəfərə sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, açıqlamada “Rana” şirkətinin uzun illərdir disidentlərə və jurnalistlərə qarşı təzyiq vasitəsi olaraq istifadə edildiyi qeyd olunur.

“APT 39” şirkəti isə İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (“Ettelaat”) nəzarətində olub ölkənin özəl şirkətlərini və elmi mərkəzlərini, o cümlədən yerli və beynəlxalq fars dili və mədəniyyəti mərkəzlərini təqib edib.

Bununla yanaşı, OFAC terrorçu təşkilatlar siyahısında olan “Hizbullah” hərəkatı ilə bağlı olduqlarına görə Livanda yerləşən “Arch Consulting” və “Meamar Construction” şirkətlərinə, habelə “Hizbullah”ın İcraçı Şurasının üzvü Sultan Xəliffəh Əsədə qarşı da müvafiq sanksiyalar tətbiq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər