23 Sentyabr 2020 13:45
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp plastik əməliyyat keçirən rəqibi Co Baydeni lağa qoyub.

Teleqraf.com xəbər verir ki, o, Baydenin plastik əməliyyata iri həcmdə pul xərcləməsinin qəribə olduğunu bildirib.

“Maska taxmaq rahatdır. Yaxşı, yaxşı! Ancaq düzünü desəm... Niyə plastik əməliyyata bu qədər pul xərclədi?”, - Tramp qeyd edib.

Bundan əvvəl Tramp Co Baydenin qələbəsinin Rusiya üçün daha cəlbedici olduğunu söyləmişdi: “Rusiya Baydenin seçilməsini istəyə bilər. Məndən başqa heç kim Rusiyaya qarşı belə bir siyasət aparmayıb, heç kim. Bu, qaz kəmərləri və silahlı qüvvələrin gücləndirilməsidir”.

Tramp hesab edir ki, onun rəhbərliyi altında ABŞ enerji mənbələri üzrə dünyanın ən böyük ölkəsi olub və idxaldan asılılığını dayandırıb.

ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər