24 Sentyabr 2020 19:13
3 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranla bağlı son həll yolu əldə edilməli, Tehran rejiminin əlaltısı olan Livan Hizbullahı tərksilah olunmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əl-Səud deyib.

Onun sözlərinə görə, İran rejimi 2015-ci ildə imzalanmış nüvə razılaşmasını pozmaqla ekspansionist siyasətlərini gücləndirmək, terror qruplaşmaları yaratmaq və terrorizmdən bəhrələnməyi qarşısına məqsəd qoyub.

Kral İranın atdığı addımların indiyədək regionda çaxnaşma, radikalizm, dini düşmənçilik və məzhəb müharibələrindən başqa heç bir nəticə vermədiyini vurğulayıb.

Salman bin Əbdüləziz son həll variantının əldə edilməsi və dünya güclərinin İranla bağlı qəti mövqe sərgiləməsini Tehran rejimi ilə mübarizədə “iki zəruri” məsələ adlandırıb: “Tehran rejimi ilə təcrübəmiz bizə kiçik həll yollarının və tolerantlığın İranın beynəlxalq sülh və təhlükəsizliyə yönəlmiş təhdidlərinin qarşısını almadığını öyrədib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər