25 Sentyabr 2020 10:04
2 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və PKK arasındakı əməkdaşlıq Azərbaycanın işğal altındakı ərazilərində özünü göstərir. İraq və Suriyada sabotaj kursu keçən onlarca PKK terrorçusu işğal altındakı Qarabağa etap olunub. PKK terrorçuların erməni könüllü dəstələrinə “sabotaj, basqın və partlayıcı maddələr”lə əlaqədar təlimlər keçəcəyi ifadə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Məqalədə qeyd edilib ki, ötən ay Azərbaycanın strateji əhəmiyyətə malik olan Tovuz ərazisinə hücum edən Ermənistan işğal altında saxladığı Qarabağda da rahat dayanmayıb. Bölgədə demoqrafik dəyişklik həyata keçirmək üçün erməni əsilli Livan vətəndaşlarını Qarabağa yerləşdirən Ermənistan son dövrlər bölgəyə PKK terrorçularını da gətirib.

Azərbaycan mediasında bu mövzuda kifayət qədər məlumatlar yayıldığını xatırladan məqalədə bildirilib ki, Suriya və İraqdakı PKK terrorçuları ilə təması Ermənistanın Bağdad səfiri Hraçya Poladian qurub. Keçirdiyi görüşlərlə qrupları razı salan Poladian Suriya və İraqdan gələcək terrorçuların Qarabağa nəql edilməsi üçün Şimali İraqdakı Taliban ailəsinin nəzarətində olan Kürdüstan Yurdsevərlər Birliyi ilə razılıq əldə edib.

Məqalədə qeyd edilir ki, avqust ayından etibarən terrorçular bir çox marşurut üzərindən Qarabağa keçid edib. İddiaya görə, terror qruplaşmalarından biri Təlabani nəzarətindəki Süleymaniyədən İranın Sabis şəhərinə, oradan da Kirmanşah üzərindən Qarabağa keçid edib.

İraqın şimalındakı Qəndil dağlarında toplanan bir qrup terrorçu isə İranın Urmiya şəhərindəki mərkəzdə bir neçə gün qaldıqdan sonra Ermənistana keçib.

Bu müddətdə İraqın şimalındakı Mahmur düşərgəsində gözləyən üçüncü terrorçu qrup bənzər marşurutla Ermənistana daxil olub.

Qeyd edilib ki, Ermənistan Tovuzda yaşanan gərginliyin ardınca Azərbaycana qarşı könüllülərdən ibarət silahlı dəstə qurmaq qərarını alıb. Ermənistan Müdafiə Nazirliyinin ağır silahlarla təchiz etmək niyyətində olduğu könllü dəstənin qanuni əsaslarını yaradacağını elan edib. İraq və Suriyadan Ermənistanın işğalında olan Qarabağa gətidiyi terrorçuların da məhz bu dəstəni hazırlayacağı iddia edilir.


Müəllif: Cavad

Oxşar xəbərlər