ABŞ prezidenti Donald Tramp bildirib ki, qarşıdan gələn seçkilərdə məğlub olacağı təqdirdə hakimiyyətin “dostcasına” ötürülməsini prosesini istəyir, o, ancaq əgər rəqiblərinin - demokratların poçtla səsvermədə fırıldaq işlədəcəkləri tədqirdə uduza bilər.
Teleqraf.com xəbər verir ki, Tramp yalnız seçki saxtakarlığı olacağı təqdirdə seçkiləri uduzacaqlarını deyib: " Onların buna nail olmalarına imkan verə bilmərik. Əgər siz nəsə görsəniz, bu barədə bildirməlisiniz".
"Biz dostcasına keçid dövrünü istəyirik, amma istəmirik ki, bizi aldatsınlar. Axmaq olmaq istəmirik, onların minlərlə bülletenlə fırıldaqçılıq etdiklərini bilək və desinlər ki, "Bəli, gəlin hakimiyyəti verin". Biz buna dözməyəcəyik", - deyə prezident əlavə edib.