50 min litrlik qırmızı şərabın küçələrə axmasını görən insanlar məlumatsızlıqdan bunu qan hesab edərək şoka düşüblər.
Teleqraf.com xəbər verir ki, hadisə İspaniyada baş verib.
Məlumata görə, İspaniyanın Villamalea şəhərindəki şərab zavodunun birində baş verən partlayışdan sonra 50 min litrlik şərab çəni dağılıb və qırmızı şərab ətrafa axıb.
Şərabın bu il əldə edilən məhsuldan çəkildiyi, zavodun ciddi ziyana düşdüyü qeyd edilib.
İnsanlar ilk əvvəl bunu qan hesab ediblər, məlumat əldə etdikdən sonra uzun müddət bu mənzərəni seyr ediblər.