Kolumbiya hüquq-mühafizə orqanları iki xarici vətəndaşın Kolumbiya prezidenti İvan Dukenə qarşı sui-qəsd törətməyə hazırlaşması barədə məlumat alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə radiostansiyası "Ere-se-ene" bildirib.
Bildirilib ki, hal-hazırda dövlət qurumları prezidentin qorunması və həyatına edilən hər hansı bir qəsdin qarşısının alınması üçün tədbirlər hazırlayır.
Radiostansiyanın verdiyi məlumata görə, hərbçilər və polis yüksək hazırlıq vəziyyətinə gətirilib.