14 Oktyabr 2014 21:35
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humanitar yardımın ilk partiyası və inşaat materialları Qəzzaya çatıb.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Pan Gi Mun deyib.

Mun bu gün İsrail hücumlarından sonra vəziyyəti yoxlamaq üçün Qəzzaya gəlib. Onun sözlərinə görə, yardım ilk olaraq, bölgənin ən çox zərər görmüş bölgəsinə paylanacaq.

Qeyd edək ki, oktyabrın 13-də Qahirədə keçirilən forumda Qəza bölgəsinə 5,4 milyard dollarlıq yardımın göndərilməsi qərara alınıb.

Samir


Müəllif:

Oxşar xəbərlər