29 Sentyabr 2020 15:47
4 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Qarabağ münaqişəsi zonasında eskalasiyaya son qoymaq üçün bütün tərəflərlə - Ermənistan, Azərbaycan və Türkiyə ilə fəal şəkildə işləyir və aktiv təmasdadır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu səylər gərginləşməni dayandırmaq üçün edilir: “Beləliklə, vəziyyət sülh danışıqlarının əsas axınına qayıtmalı, xaricdən sabitliyi pozan təsirlərin qarşısı alınmalıdır”.

Səfir hesab edir ki, güzəştlərə əsaslanan sülh prosesinə alternativ yoxdur:

“Rusiya ənənəvi olaraq, qarşılıqlı, məqbul sülh yolunu tapması üçün vasitəçi kimi şərait yaratmağa çalışır. Rusiyanın əsas vəzifəsi gərginliyi azaltmaqdır. Rusiya Minsk qrupunun digər həmsədrləri ilə birlikdə hər şeyi edir. ATƏT eskalasiyanı dayandıracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər