15 Oktyabr 2014 08:41
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Honq Konq bölgəsində hökumətə qarşı etiraz aksiyaları artıq 3 həftədir ki, davam edir. Etirazçılar şəhər rəhbərliyinin yerli əhali tərəfindən demokratik seçkilər yolu ilə təyin olunmasını tələb edirlər. Lakin rəsmi Pekin nümayişçilərin bu tələbini israrla rədd edir. Hazırda Honq Konq rəhbərliyi kommunist rejim tərəfindən müəyyənləşdirilir.

Teleqraf.com-un "Associated Press"ə istinadən məlumatına görə, Çinin yarımmuxtar regionu Honq Konqda hökumətə qarşı keçirilən etiraz aksiyaları növbəti gündə də qarşıdurmalarla yadda qalıb. Fəallar şəhərin əsas magistrallarından birinin üzərində yerləşən tuneldə barrikadalar quraraq nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar. Təhlükəsizlik qüvvələrinin vəziyyətə müdaxiləsi isə, sonda toqquşmalara səbəb olub. Polis dəyənəklə fəallara müdaxilə edib. Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb.

Amerika Birləşmiş Ştatları Honq Konqun fəallarını dəstəkləyən bəyanatla çıxış edib. Bir qədər əvvəl ABŞ dövlət katibi Con Kerri Honq Konq polisini etirazçılara qarşı zor tədbiq etməkdən çəkinməyə çağırmışdı. Hökumət isə, şəhərdə stabilliyi bərpa etmək üçün istənilən tədbirə əl atacağını bildirib.


Müəllif:

Oxşar xəbərlər