3 Oktyabr 2020 20:39
2 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Tehran vilayəti valiliyi koronavirusun yenidən yayılması ilə əlaqədar oktyabrın 3-dən 10-dək vilayətdə müəyyən fəaliyyətlərin dayandırılmasına qərar verib.

Teleqraf.com xəbər verir ki, bu, Tehran vilayəti valiliyinin qərarında öz əksini tapıb.

Qeyd olunan müddətdə Tehran vilayətinin universitet, orta məktəblər, texniki və peşə təlim mərkəzləri, kurslar, kitabxanaları, məscidləri, kinoteatrları, muzeyləri, restoranları, gözəllik salonlarının fəaliyyət göstərməsi qadağan edilib.

Eləcə də ictimai, mədəni, dini və digər tədbirləri təşkil etmək, çayxanalar, zoopark və lunaparklar, idman zallarının fəaliyyət göstərməsi qadağandır.

Qeyd edək ki, bu günədək İranda 468 119 nəfər koronavirusa yoluxub, 26 746 nəfər ölüb və 387 675 nəfər sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər