Honk Konqda polislə nümayişçilər arasında toqquşma baş verib.
Teleqraf.com.BBC-ə istinadən xəbər verir ki, yerli administrasiya binası qarşısındakı nümayiş dağıdılarkən polis güc tətbiq etməyə məcbur olub. Bundan sonra iki tərəf arasında incident yaşanıb.
Qarşıdurmanın ardından 40-dək etirazçı həbs olunub. Bir neçə adamın xəsarət aldığı bildirilir. Bu arada bu gün yerli televiziyalarda əli qandallı etirazçının polislər tərəfindən döyüldüyünü əks etdirən görüntülər efirə gedib. Şəhər polis idarəsinin rəisi Lai Tung-kvok məsələ ilə araşdırmalara başlandığını və həmin polis şçilərinin vəzifələrindən azad olunacağını açıqlayıb.
Xatırladaq ki, nümayişçilər 2017-ci ildə Honq Konq rəhbərinin seçkisində namizədlərin Çin höküməti tərəfindən təsdiqlənməsi qaydasına etiraz edirlər. Çin hökuməti isə etirazları qeyri-qanuni kimi dəyərləndirib.
Samir