BMT-nin Baş Məclisi və BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcud münaqişələri qiymətləndirmək üçün yanaşmalar hazırlanarkən əsas kimi götürülməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım Jomard Tokayev Almatada keçirilən sülhməramlıların hərbi təliminin açılış mərasimində çıxış edərkən deyib.
Qazaxıstan prezidenti əlavə edib ki, “dondurulmuş” və ya uzun müddətə uzadılan region münaqişələrinə BMT-nin nizamnaməsinin müasir beynəlxalq hüququn mənbəyi olan iki əsas prinsipi əsasında yanaşılmalıdır.
O, bu prinsipi dövlətlərin ərazi bütövlüyü və öz müqəddaratını təyinetmə hüququ kimi göstərib. Əlavə edib ki, sonuncu prinsip dövlətlərin müstəqilik qazandıqları və müstəmləkə asılılığından azad olunduğu zaman təsirli olub: “Bu mərhələdə dünya xalqları artıq öz müqəddəratını təyin ediblər. Bu səbəbdən də dövlətlərin ərazi bütövlüyü ön plana çıxır və prioritet olub”.