Türkiyədə koronavirusla bağlı son durum açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bildirib ki, son sutka ərzində daha 59 nəfər COVİD-19 nəticəsində dünyasını dəyişib. Virusdan ölənlərin ümumi sayı 8 837 nəfərə çatıb.
Yoluxanların sayı isə 1 502 nəfər artaraq, 335 533-ə çatıb.
Qeyd edək ki, Türkiyədə ümumilikdə 294 357 koronadan sağalıb.