Fransa Türkiyədəki səfiri Herve Maqronu geri çağırıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, səfirin geri çağrılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makronun İslam dini əleyhinə fikirlərini tənqid etməsi ilə əlaqədar olub.
Ərdoğan deyib: “Makron deyilən şəxsin İslamla, müsəlmanlarla dərsi nədir? Makronun zehni ilə bağlı müalicəyə ehtiyacı var”.
Yelisey sarayının açıqlamasında Türkiyə prezidentinin açıqlamasının qəbuledilməz olduğu bildirilib.
Xatırladaq ki, Türkiyənin Parisdəki səfiri bu gün Fransa Xarici İşlər Nazirliyinə dəvət olunub.