Ukrayna prezidenti Petro Poroşenko "Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının yerli özünüidarəçiliyinin xüsusi qaydası haqqında" fərman imzalayıb.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna prezidentinın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 1680-VII №-li sənəd Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının yerli özünüidarəsinin və yerli hakimiyyət oranlarının fəaliyyətinin təşkil olunmasının müvəqqəti qaydasını müəyyən edir.
Əsas məqsəd adı çəkilən regionlarda vəziyyətin tezliklə normallaşmasının, qayda-qanunun, vətəndaşların konstitusion hüquq və azadlıqlarının bərpasının, yaşayış yerlərini tərk edən insanların daimi yaşayış yerinə geri qayıtmasının, yaşayış məntəqələrində normal həyat fəaliyyətinin bərpasının və bu bölgələrin inkişafının təmin olunmasıdır. Eyni zamanda hüquqi şəxslərin qanuni maraq və hüquqlarının təmin olunması da nəzərdə tutulur. Adı çəkilən bölgələrdə xüsusi qaydalar qanunla müvəqqəti olaraq, sənəd qüvvəyə mindiyi gündən 3 il ərzində tətbiq olunacaq.
Nihad