17 Oktyabr 2014 10:07
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraqın Mosul - Zumar yolunda basdırdıqları minalar partlayıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, partlayış İŞİD döyüşçüləri aparan karvanın bu yoldan keçdiyi zaman baş verib. Bu barədə kürd döyüşçüləri məlumat verib. Onların sözlərinə görə, hadisə gecə saatlarında baş verib.

Partlayışda İŞİD-in 20 üzvü öldürülüb, 30-u isə yaralanıb.


Samir


Müəllif:

Oxşar xəbərlər