17 Oktyabr 2014 10:20
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti 1915-ci il hadisələrini əks etdirən qondarma “erməni soyqırımı”nı "əks etdirən" xalçanın Ağ evdə sərgilənəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti xəbər yayıb.

Məlumata əsasən, xalça 18-23 noyabr tarixlərində nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, keçən il erməni lobbisinin istəyinə baxmayaraq Ağ ev “erməni soyqırımı”nı "əks etdirən" xalçanın sərgilənməsinə icazə verməmişdi.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılaraq, arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.


Müəllif:

Oxşar xəbərlər