31 Oktyabr 2020 22:25
2 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda parlament seçkiləri ilə bağlı bir neçə təşkilat “exit-poll” keçirib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb.

Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55 faiz, Vahid Milli Hərəkat Partiyası isə 23 faiz səs əldə edib.

Üçüncü yerdə isə 3 faiz səslə Avropalı Gürcüstan Partiyasıdır.

Qeyd edək ki, seçicilər arasında sorğu “İmedi” telekanalının sifarişi ilə həyata keçirilib.

Qeyd edək ki, hakim "Gürcü arzusu" partiyasının fəalları artıq qələbəni qeyd edirlər. Bu münasibətlə partiyanın mərkəzi qərargahının önündə tədbir keçirilir.

Partiyanın sədri Bidzina İvanişvili tərəfdarlarını qələbə münasibətilə təbrik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər