Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, hazırda 229 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.
***
09:27
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 43 nəfər çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Zəlzələ zamanı 896 nəfər xəsarət alıb, onlardan 667-si artıq evə buraxılıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.