Nepalda yaranan qar fırtınaları və uçqunlarda həyatını itirən alpinistlərin sayı 30-a çatıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, yayılan məlumatlarda Himalay dağlarında baş verən fırtına səbəbilə onlarla insanın hələ də nə ölüsü, nə də dirisinin tapılmadığı bildirilir. Rəsmilər dəqiq rəqəmlərin hələ də məlum olmadığına diqqət çəkib.
Ancaq yayılan xəbərlərdə uçqun vaxtı bölgədə 168 turist olduğu qeyd edilir. Onlardan 34-ü sağ, 30-u isə ölü tapılıb.
Samir