"Facebook" sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.
Teleqraf.com-un məlumatına görə, bu barədə Downdetector servisinin saytında bildirilib.
Məlumata əsasən, nasazlıqdan daha çox ABŞ, Niderland və Böyük Britaniyada şikayət edirlər.
Problemlər barədə məlumat verən Facebook istifadəçilərinin təxminən 43% -i hesablarına daxil ola bilmir, digər 28% -i lentaya baxmaqda çətinlik çəkir və 27% -i sosial şəbəkənin tamamilə bağlanmasından şikayətlənir