4 Noyabr 2020 11:11
5 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da prezidentliyə namizədlər Co Bayden və Donald Tramp ilk açıqlamalarını verib.

Teleqraf.com xəbər verir ki, Demokrat Partiyasının namizədi Co Bayden Delavare əyalətinin Vilminqton şəhərində açıqlama verib.

Namizəd bildirib ki, indiyə qədər alınan nəticə ilə özlərini yaxşı hiss edirlər: “Bu gecə seçkini qazanmaq üçün doğru yolda olduğumuzu deməyə gəldim. Heç görünməmiş şəkildə keçirilən erkən səsvermə səbəbindən nəticələrin zaman alacağını bilirdik. Səslər sayılana qədər səbirli olmalıyıq”.

Bayden Arizona və Minnesotada qələbə çalmaq məsələsində özlərinə güvəndiyini bəyan edib, həmçinin Georgiya, Miçiqan və Viskonsində özlərini yaxşı hiss etdiklərini, Pensilvaniyada qalib gələcəklərini qeyd edib: “Bu seçkilərdə kimin qələbə qazandığını elan etmək mənim və ya Donald Trampın işi deyil. Buna Amerika xalqı qərar verəcək”.

Respublika Partiyasının prezidentliyə namizədi Donald Tramp isə böyük qələbə əldə etdiklərini bildirərək, bu gecə açıqlama verəcəyini deyib.

“Seçkilərdə öndəyik, amma səsləri oğurlamağa çalışırlar. Bunu etmələrinə icazə verməyəcəyik. Seçki qutuları bağlandıqdan sonra səsvermə keçirilə bilməz”, - Tramp Tvitter hesabında bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər