17 Oktyabr 2014 15:37
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Frans Press” agentliyi Kobanidə kürdlərə əsir düşmüş İŞİD-in azərbaycanlı döyüşçüsündən yazıb.

Agentlik kürd baqqal Cuneyt Hemonun Kobanidə kürdlərə əsir düşmüş cihadçı ilə bağlı fikirlərini qeyd edir.

“Onu öldürmək üçün bizə yalvarırdı. Deyirdi ki, onu öldürək, o da cənnətə getsin və ona vəd olunan mükafatı alsın”.

33 yaşlı Hemo Kobanidə İŞİD hücumundan qaçan suriyalı kürdlərdən biridir. Vaxtilə baqqal işləyib, amma indi kürd silahlıları tərkibində İŞİD-ə qarşı vuruşur. Onun haqqında danışdığı İŞİD cihadçısı Türkiyə sərhədlərinə yaxın ərazidə gedən döyüşlərdə kürd silahlılarına əsir düşüb.

“Biz onu küçədə tutduq. O, Surucda Kobani qaçqınları ilə birlikdə sığınacaq tapmışdı. O, Azərbaycandan gəldiyini dedi. 20 yaşlarında olardı və ərəb dilində bizimlə rahat şəkildə danışırdı. Biz ondan soruşduq ki, niyə bizə hücum edir? O cavabında dedi ki, biz imansızlarıq, əsl İslam yolundan azmışıq. Bildirdi ki, bizləri əsl İslama qaytarmaq üçün döyüşürlər. Biz ona bu yoldan geri çəkilməsini istədik və dedik ki, öldürməyəcəyik. Amma o, israrla dediklərini təkrarladı. Bizim imansız olduğumu, kafir olduğumuzu dedi. Bildirdi ki, ona vəd olunan 40 mələyi görmək üçün cənnətə getmək istəyir və bizdən onu öldürməmizi xahiş etdi. Ona yemək təklif edəndə imtina etdi. Əgər imkanı olsaydı, kamikadze kimi özünü partladardı. O bir neçə dəfə bizə dedi ki, şəhid olmuş “qardaşları” üçün sevinir və özü də cənnətdə onlara qoşulmaq istəyir”, - deyə kürd baqqalı danışır.

Hemo bildirir ki, 20 yaşlı azərbaycanlı İŞİD üzvü kürd döyüşçüləri tərəfindən başından atəş açılmaqla öldürüldü: “Onu öldürmək fikri yox idi. Dəfələrlə bu yoldan çəkinməsi deyildi. Amma geri durmadı. Bizdə onun fanatik fikirləri narahatlıq doğururdu. Qorxu var idi ki, o qaça və kamikadze kimi özünü partlada bilər. O, ölümdən qorxmurdu”.

Amma kürd silahlısı Hemo haqqında danışdığı İŞİD-in 20 yaşlı azərbaycanlı üzvünün adını çəkmir.
/Publika.az/


Müəllif:

Oxşar xəbərlər