9 Noyabr 2020 17:19
5 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Co Baydenin ABŞ prezidenti seçilməsi bölgəmizdə (Cənubi Qafqazda) regional siyasətə yenidən baxmağa imkan verəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Eks-prezident Amerikanın yeni dövlət başçısı ilə bağlı xatirələrində danışıb:

“Prezident Trampla illərdir dostam, demək olar ki, eyni illərdə ABŞ-ın yeni prezidenti Co Baydenlə də dost oldum. Onunla 90-cı illərdən bəri dostam. Hər ikimiz də ABŞ Senatındakı ən yaxın dostlardan biri olan Con Makkeynlə dost idik. Buna görə hər dəfə Makkeynin yanına gedəndə Baydenlə də görüşürdüm.

2007-ci ildə mənə qarşı kütləvi etiraz aksiyalar keçiriləndə elə bir vəziyyət yarandı ki, hətta yaxın dostum Con Makkeyn səhv etdiyimə inandığı halda, Bayden o vaxt mənə açıq şəkildə yeganə senator idi. Mənə dəstək oldu.

Müharibə başlayanda (2008-ci ildə) Prezident Obamanın ilk açıqlaması kifayət qədər bitərəf idi. Ancaq bir gün sonra Co Bayden Gürcüstana uçdu və Amerikadan 1 milyard dollar kömək təşəbbüsünü irəli sürdü. Birgə mətbuat konfransı keçirdik. Amerikaya qayıtdıqdan bir neçə gün sonra ona vitse-prezident vəzifəsi təklif edildi, açıqlaması nəticəsində Obamanın sarsılmış reytinqi yenidən zirvəyə qalxdı.

2008-ci ilin sentyabrında Obama ilə təşviqat apararkən, məndən Minneapolisdə çıxış etməyimi istədi. Oraya gələndə məni seçicilər və jurnalistlərlə görüşməyə dəvət etdi. Makkeynin yaxın dostu olduğuma baxmayaraq dostum Baydenə də dəstək olduğumu bildirdiyim üçün çox qürur duydu”.

Saakaşvili 2009-cu ildə kənardan özünə qarşı böyük təzyiqlər başlayanda Baydenin yenidən Gürcüstana qayıdaraq, onu inadla dəstəklədiyini bildirib:

“Gürcü qaçqınlarla yarım saat əvəzinə üç saat davam edən görüşünü heç vaxt unutmayacağam. Göz yaşlarını, duyğularını və qaçqınlarımızla görüşdükdən sonra baş verənlərlə bağlı “The Wall Street Journal” a verdiyi müsahibəni heç vaxt yaddan çıxarmayacağam.

2012-ci ildə məni “Şərqi Avropanın Corc Vaşinqton”u adlandırdı.

Son dəfə Baydeni 2015-ci ildə Kolorado Sprinqsdəki Dənizçilik Akademiyasının məzuniyyət gecəsində gördüm, məni oraya bir Gürcüstan məzunu dəvət etmişdi, əlbəttə, o zaman mən artıq prezident deyildim. Bayden tamaşaçıların arasında olduğumu öyrəndi, səhnəyə çıxmağımı istədi və sıx qrafikə baxmayaraq çox isti bir söhbət etdik və köhnə günləri xatırladıq.

Onun üçün səmimi qəlbdən xoşbəxtəm, çünki hər şeydən əvvəl o, sadəcə bir siyasətçi deyil, hər şeydən əvvəl yaxşı, emosional və real bir insandır. Onun seçilməsi, xüsusən bölgəmizdə regional siyasətə yenidən baxmağa imkan verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər