21 Noyabr 2020 23:12
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə etiraz olaraq aksiya keçirilib.

Teleqraf.com xəbər verir ki, aksiya iştirakçıları polisə şüşə atıb.

Məlumata görə, nümayişi Jurnalistlərin Həmkarlar İttifaqı təşkil edib.

Parisin Trokadero meydanında insanlar “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə - yox”, “Bizi polisdən kimi qoruyacaq?” kimi şüarların yazıldığı plakatlar tutub, sənədin 24-cü maddəsini pisləyiblər.

Etiraz aksiyaları Fransanın digər şəhərlərində də keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər