22 Noyabr 2020 08:37
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya ilə Kanada arasında Brexitdən sonrakı dövr üçün ticarət müqaviləsi imzalanıb.

Teleqraf.com xəbər verir ki, hər iki ölkə aralarında 27 milyard dollar dəyərində mal və xidmət axınını qorumaq üçün bu müqaviləni imzalayıblar.

Rəqəmsal ticarət, kiçik müəssisələr, ətraf mühit və qadınların iqtisadi imkanlarının artırılması kimi məsələləri özündə əks etdirən müqavilənin imzalanmasına Britaniyanın Baş naziri Boris Conson və Kanadanın Baş naziri Castin Trüdo internet vasitəsi ilə qoşulub.

Xatırladaq ki, Britaniya Avropa İttifaqından çıxmağa hazırlaşarkən, ticarətin davam etdirilməsi üçün bir çox ölkələrlə ticarət müqaviləsi imzalayıb.

ABŞ, Çin, Meksika və Yaponiyadan sonra Kanada da bu ölkələrin sırasına daxil olub.


Müəllif: Teleqraf.com