Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sözçüsü Mehriddin Xairiddinovun rəhbərlik etdiyi nümayəndə heyət Suriyanın şimalında PYD/YPG-nin sözdə xarici işlər üzrə nümayəndəsi Əbdülkərim Öməri ziyarət edib.
Teleqraf.com xəbər verir ki, Özbəkistandan Suriyaya gedərək terror təşkilatının nümayəndəsi ilə görüş keçirmələrinin detalları açıqlanmayıb.
Səfərin səbəbləri də bəlli deyil. Bununla belə özbək rəsmisinin bu səfəri ciddi tənqidlərə məruz qalıb.