29 Noyabr 2020 22:37
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ sakinləri koronavirus pandemiyası şəraitində “qara cümə” – böyük endirimlər günündə internet mağazalarından alış-verişə rekord həcmdə - 9 milyard dollar xərcləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın ən iri 100 ticarət mərkəzinin 80-nin məlumatını təhlil edən “Adobe Analytics” kompaniyası informasiya yayıb.
Kompaniyanın məlumatına görə, ötən il bu göstərici 7,4 milyard dollar, 2018-ci ildə isə 6,2 milyard dollar təşkil etmişdi.

Tədqiqatçıların sözlərinə görə, internet mağazalara marağın artması pandemiya səbəbindən bir çox ştatda adi ticarət nöqtələrinin fəaliyyətinə məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.

Bu il “qara cümə” günü daha çox mobil qurğulara və müxtəlif məişət əşyalarına maraq göstərilib. Ötən illə müqayisədə zinət əşyaları və ayaqqabıya tələbat xeyli azalıb.

Qeyd edək ki, Şükranlıq günü bayramından sonrakı cümə günü endirim ənənəsinin əsası XIX əsrdə qoyulub. “Qara cümə” termini isə ilk dəfə həmin gün müşahidə olunan böyük tıxaclardan narazı qalan amerikalılar tərəfindən işlədilib. Zaman keçdikcə bu söz neqativ çalarını itirərək istisnasız olaraq ilin ən böyük endirimi üçün istifadə edilib və bütün dünyaya yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər