20 Oktyabr 2014 12:00
4 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Monika Bellucci icazəsiz olaraq onun adından istifadə edən türk biznesmenə məhkəmədə qalib gəlib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Ərafat Yazıçı “Monica Bellucci” adını 2003-ci ildən istifadə edib. Aktrisanın şirkəti isə "Monica Bellucci" adı üçün Türkiyə Patent İnstitutuna müraciət edib.

Mövzu ilə əlaqədar açılan məhkəmə iddiasına 7 il sonra yekun vurulub. Məhkəmə heyəti adın italiyalı aktrisaya aid olduğunu təsdiqləyib.

Biznesmen Ərafat Yazıcı adın səslənməsi qulağa xoş gəldiyi üçün şirkətini bu adla qeydiyyatdan keçirdiyini bildirib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər