4 May 2014 14:25
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşin Patuakli bölgəsində gəminin batması nəticəsində 12 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, rəsmi mənbələrin verdiyi məlumata görə, onlarla insanın itkin düşdüyü qəzada meyitlərin axtarışı davam edir. Təxminən 50-60 adam daşıyan gəmidə bəzi adamların üzərək sahilə çıxdığı bildirilir.

Qeyd edək ki, Banqladeşdə hər il onlarla insan bu cür qəzaların qurbanı olur.


Müəllif: