Avropa Birliyi dövlət başçılarının sammitində Rusiyaya qarşı iqtisadi sanksiyaların növbəti dəfəuzadılmasına dair qərar verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurası başçısının mətbuat katibi Barend Leyts “Twitter”də yazıb.
“Sammitdə - AB ilə ABŞ arasındakı münasibətlər və Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı razılaşmalar əldə olunub”, - deyə məlumatda qeyd olunub.