11 Dekabr 2020 21:56
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 226 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, son bir sutkada koronavirus testində 208 873 nəfər keçib, simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 106 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Nazir qeyd edib ki, ağır xəstə sayı 5952 olub.

Qeyd edək ki, Türkiyədə dünəndən simptomları müəyyən edilməyən yeni koronovirus xəstələrinin ümumi sayı indiyədək 1780 673 nəfər qeydə alınıb, onlardan 15 977 nəfəri ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər