Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca yerli “FAZ 2” peyvəndinin istehsalına başlanacağı tarixi açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir vaksinin istehsal prosesinə dekabrın 25-dən start veriləcəyini söyləyib.
F.Qoca büdcə müzakirələri zamanı qeyd edib ki, son 18 ildə 3 min 605 səhiyyə müəssisəsi istifadəyə verilib.
O, 2020-ci ilin ilk 9 ayında təxminən 3 milyon vətəndaşın xərçəng müayinəsindən keçdiyini vurğulayıb.