15 Dekabr 2020 10:16
3 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Liderlər Zirvəsində Türkiyəyə sanksiya tətbiq edilməsinə nail ola bilməyən Yunanıstan hökuməti daxilində narazılıq artıb.

Teleqraf.com xəbər verir ki, Yunanıstan parlamentində çıxış edən nazirlər Baş nazir Kiryakos Miçotakisi hədəfə alıblar.

Müxalif millət vəkillərindən də baş nazirə sərt təpkilər gəlib. Xarici işlər naziri Nikos Dendias AB-nin Türkiyə məsələsində diqqətli olmadığını iddia edib və bundan Afinanın məyus olduğunu söyləyib:

“Avropa bizi anlamağa başlayıb, amma gecikir. Bəzən də geri addım atır. Bizi məyus etsə də, Avropa bizim evimizdir”.

AB-dən əli üzülən Yunanıstan xarici işlər naziri Türkiyəyə qarşı mübarizədə ABŞ-ın yeni Prezidenti Co Baydenə ümid etdiklərini də gizlətməyib: “ABŞ-ın seçilən Prezidenti Co Baydenin bu günə qədər Yunanıstanı maraqlandıran açıqlamaları ikitərəfli münasibətləri daha da istiləşdirir”.

Yunanıstanın ana müxalifətindəki Radikal Sol Koalisiyasının (SİRİZA) millət vəkilləri isə hökuməti sərt şəkildə tənqid ediblər.

Olimpiya Teliqoridu: “Baş nazir Miçotakis AB Zirvəsinə Türkiyəyə sanksiyalar üçün getdi, amma Rusiyaya sanksiya qərarları ilə geri qayıtdı. Hər halda ölkələri qarışdırıb”.

Nasos Atnasiu: “Zirvədə Türkiyəyə, yoxsa Yunanıstana sanksiya qərarı verildi? Başa düşmədim”.

Yorqo Katrunqalos (keçmiş xarici işlər naziri): “Miçotakis zirvədə böyük bir uğursuzluğa uğradı. Uğursuzluğun və məğlubiyyətin altındakı imza və soyad budur: Kiryakos Miçotakis”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər