21 Dekabr 2020 13:46
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Prezidenti Jair Bolsonaro güvənmədiyi üçün koronavirus peyvəndi vurdurmayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, peyvəndlərin əks-təsirlərinin olduğuna inandığını deyib.

“Əgər bir timsaha çevrilsən, bu sənin problemindir. Əgər bir supermənə çevrilsən, əgər bir qadında saqqal çıxsa və ya bir kişi incə danışmağa başlasa, bunun onlarla bir əlaqəsi yoxdur”, - Bolsonaro vurğulayıb.

Prezident peyvənd vurdurmayacağını söyləyib. Özünü “pis örnək” adlandıranlara da sərt təpki verən Bolsonaro COVID-19 peyvəndinə etibar etmədiyini qeyd edib.

Hazırda Braziliyada vətəndaşlara koronavirus peyvəndlərinin vurulmasına icazə verilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər