“Türkiyənin Krım, Azərbaycan və türk respublikalarına yönəlik siyasətini narahatlıqla izləyirik. Türkiyə açıq şəkildə Böyük Turan proyektinə doğru irəliləyir, biz isə sadəcə izləyirik. Rusiya zamanla asılı vəziyyətə düşəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin təqaüddə olan general-leytenantı Leonid İvaşov deyib.
“Şanxay Əməkdaşlıq Təşkilatı ideyasının atası” kimi tanınan İvaşov Türkiyə və Rusiyanın Asiyada yürütüyü siyasətlərdən danışıb.
General Türkiyənin Azərbaycan və digər türk respublikalarındakı fəallığının Rusiyada narahatlıqla izlədiklərini söyləyib:
“Türkiyə üçün Qarabağda ən önəmli faktor Laçın dəhliz idi. Bu, Türkiyəyə Azərbaycanı Türkiyə ilə birləşdirmək və oradan Orta Asiyaya çıxmaq üçün lazımdır. Cənubi Qafqazdakı varlığı Türkiyə üçün geosiyasi proyektini həyata keçirmək baxımından strateji əhəmiyyətə malikdir”.
İvaşov Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Orta Asiyaya səfərinə diqqət çəkib:
“Türkiyə xarici işlər naziri Qazaxıstana səfərində Birləşmiş Böyük Turan Ordusunun qurulmasının vacib olduğunu deyir, qazax həmkarı da bunu rədd etmir. Biz isə susuruq. Bir neçə gün sonra isə bizim məsuliyyət sahəmizdə olan Özbəkistanla hərbi-strateji saziş imzalayırlar. Bunlar göstərir ki, Türkiyə açıq şəkildə Böyük Turan proyektinə doğru irəliləyir. Rusiya zamanla asılı vəziyyətə düşəcək, bu gün də elədir”.
Rus general hesab edir ki, Türkiyə Krımda da öz oyununu oynayır:
“Rəsmi səviyyədə Zelenski hökuməti ilə Krım məsələsi üzərində müzakirələr aparırlar. Dövlət səviyyəsində də Ukrayna ilə əməkdaşlıq edirlər. Qarabağdakı uğurları göz qabağında olan PUA-ların ilin sonuna qədər Ukraynaya təslim edilməsinə dair bir çox məlumat var”.