Kreml postunu tərk edib Moskvaya gələn Moldova prezidenti İqor Dodonla rəsmi təmasların planlaşdırılmadığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu çərçivədə rəsmi təmaslar planlaşdırılmır. Digər tərəfdən o, xüsusi olaraq gələ bilər və buna heç bir məhdudiyyət yoxdur”, - Peskov qeyd edib.
Bu gün Moldova prezidenti postundan ayrılacaq Dodonun cümə günü Kreml Administrasiyası rəhbərinin müavini Dmitri Kozakla görüşəcəyi bildirilmişdi.
Dodon bundan əvvəl bu gün axşam Moskvaya işgüzar səfərə gedəcəyini demişdi. Onun sözlərinə görə, Rusiyanın paytaxtında Dövlət Dumasının rəhbərliyi, bir sıra partiya sədrləri və ola bilsin, Kozakla görüş planlaşdırılır. O, Rusiyadan olan tərəfdaşları ilə Moldova mallarının rüsumsuz ixracının artırılması imkanlarını müzakirə edəcəyinə ümid edir.
Əlavə edək ki, İqor Dodon ötən ay Moldovada keçirilən prezident seçkilərində xanım rəqibi Maya Sanduya məğlub olub. Dodon Sandudan fərqli olaraq, Kremlə yaxınlığı ilə seçilir.