Axtarış işlərinin nəticələrinə görə, daha dörd erməni hərbçinin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qarabağdakı separatçı qurum məlumat yayıb.
Üç cəsəd Cəbrayıl rayonu ərazisində, bir cəsəd də Suqovuşanda aşkar olunub.
Məlumatda qeyd edilib ki, Füzuli, Zəngilan, Suqovuşan və Cəbrayılda axtarış işləri davam etdirilir.
Bu günə qədər ümumilikdə 1073 erməni hərbçinin cəsədi tapılıb.