“Türk lideri Ərdoğan illərlə ölkəsinin ucuz işçi qüvvəsindən istifadə edən Avropadan bu gün qisas alan həqiqi vətənpərvərdir”.
Teleqraf.com xəbər verir ki, bunu Cənubi Kiprin Pravoslav Kilsəsinin baş yepiskopu II Xrizost deyib.
Baş yepiskop Cənubi Kipr Prezidenti Nikos Anastasiadisin bir görüşdə ondan Türkiyə ilə ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün kömək istədiyini açıqlayıb.
Yunan jurnalistlərə açıqlama verən II Xrizost Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqda da danışıb: “Türk lideri Ərdoğan illərlə ölkəsinin ucuz işçi qüvvəsindən istifadə edən Avropadan bu gün qisas alan həqiqi vətənpərvərdir”.