ABŞ Rusiya ilə mübarizə üçün 2021-ci ilin büdcəsindən yüz milyonlarla dollar ayıracaq. Prezident Donald Tramp tərəfindən təsdiqlənən hökumətin işinin maliyyələşdirilməsinə dair sənəd bundan xəbər verir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Lenta.ru bildirir.
“Büdcədə prioritet diqqət ABŞ-ın Çin və Rusiyaya qarşı döyüş qabiliyyətinin artırılmasına, o cümlədən yüksək keyfiyyətli döyüş sursatlarının, pilotsuz sistemlərin, hipersəsli raketlərin inkişafı da daxil olmaqla hərbi üstünlüyü təmin edəcək proqramın maliyyələşdirilməsinə yönəldilir”, – deyə sənəddə bildirilir.
Pekinlə mübarizəyə isə büdcədə 300 milyon dollar vəsait nəzərdə tutulur.
TASS-ın hesablamalarına görə, Dövlət Departamenti ümumilkdə “Rusiya təsirinə və onun demokratik institutlara inamsızlıq yaratmaq cəhdlərinə qarşı” 290 milyon dollar yönəldəcək. Bu vəsaitin 24 milyon dolları "rus təbliğatı və dezinformasiyasına" qarşı işlərə sərf olunacaq.